Bakıda "BMW" işıqfora ÇIRPILDI
02 oktyabr 2024 04:35 (UTC +04:00)

Bakıda "BMW" işıqfora ÇIRPILDI

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

Belə ki, Nəriman Məmmədov idarə etdiyi “BMW” markalı maşınla yüksək sürətlə hərəkətdə olarkən əvvəlcə işıqfora çırpılıb.

Daha sonra avtomobil yolun əks tərəfinə keçərək betona çırpılıb.

Qəza nəticəsində maşının sürücüsü xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215
avatar

Oxşar yazılar