Bakının Suraxanı rayonunda ümumi sahəsi 15 kvadrat metr olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü yanıb.
Lent.az FHN-in saytına istinadla bildirir ki, yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti bilinməyən 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar təhqiqat aparır.