Bakıda baş verən partlayışda daha 2 nəfər öldü - ADLAR   - YENİLƏNİB
16 may 2023 11:13 (UTC +04:00)

Bakıda baş verən partlayışda daha 2 nəfər öldü - ADLAR - YENİLƏNİB

0

Bakının Sabunçu rayonunda yataqxanada baş verən partlayış zamanı ölən digər şəxsin də adı məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, 26 yaşlı Əsgərov Elnur Əbülfət oğludur.

***
15.05.2023

Saat: 17:17

Bir neçə gün əvvəl Bakının Sabunçu rayonunda yerləşən yataqxanada baş verən partlayış barədə xəbər vermişdik.

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin partlayışda xəsarət alanlardan daha 2 nəfər ölüb.

Ölənlərdən biri 23 yaşlı Qarayeva İlahə Rasim qızıdır. Dünyasını dəyişən digər şəxsin kimliyi isə hələlik məlum deyil.

Qeyd edək ki, məlum partlayış hadisəsi mayın 10-da baş verib.

Bakıxanov qəsəbəsindəki yataqxanada qaz sızması nəticəsində baş verən partlayışda 1999-cu il təvəllüdlü Rüstəmov Orxan Astan oğlu hadisə yerində ölmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7010

Oxşar yazılar