Bakıda bank kartlarından oğurluq edənlər saxlanıldı
23 fevral 2024 12:00 (UTC +04:00)

Bakıda bank kartlarından oğurluq edənlər saxlanıldı

Bakıda bank kartlarından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində bir nəfərin içərisində pulu, bank kartları olan pulqabısının və mobil telefonunun oğurlanması, həmin bank kartından isə 469 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Akif Əliyev və Vəli Şamıyev müəyyən olunaraq saxlanılıblar.

Fevralın 17-də isə bir nəfərin itirdiyi bank kartından 100 manat dəyərində alış-veriş edilməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Telman Hüseynov və Elməddin Eyubov müəyyən olunaraq saxlanılıblar. 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3861
avatar

Oxşar yazılar