Bakıda azyaşlıları dini yürüşə cəlb edən həbs edildi-FOTO
28 iyul 2023 21:02 (UTC +04:00)

Bakıda azyaşlıları dini yürüşə cəlb edən həbs edildi-FOTO

0

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də Sabunçu rayonu Savalan qəsəbəsində məhəllələrin birində 11 azyaşlının yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin hərəkətləri edən 1991-ci il təvəllüdlü Mirzəyev Elgün Əfsər oğlu həbs edilib.  

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3554

Oxşar yazılar