Bakıda avtomobil qadını vurdu
13 aprel 2022 01:56 (UTC +04:00)

Bakıda avtomobil qadını vurdu

0

Bakının Suraxanı rayonunda qəza zamanı bir nəfər xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Zığ şossesində qeydə alınıb.

1979-cu il təvəllüdlü Elnarə Cəfərova yolu piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub. 
Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2192

Oxşar yazılar