Bakıda avtomobil işıq dirəyini aşırdı - FOTO
30 oktyabr 2021 00:26 (UTC +04:00)

Bakıda avtomobil işıq dirəyini aşırdı - FOTO

Bakının Xətai rayonunda yüksək sürət qəzaya səbəb olub.

APA xəbər verir ki, hadisə “Ukrayna dairəsi” kimi tanınan ərazidə baş verib.

Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib.  

Nəticədə dairədə idarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpıb. Minik avtomobilinin sərnişini xəsarət alıb. İşıq dirəyi aşıb.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3658

Oxşar yazılar