Bakıda atasıyla mübahisə edən gənc qız BOĞAZINI KƏSİB BARA GETDİ  - VİDEO
18 mart 2022 10:17 (UTC +04:00)

Bakıda atasıyla mübahisə edən gənc qız BOĞAZINI KƏSİB BARA GETDİ - VİDEO

Bakının Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.

Belə ki, Təcili Tibbi Yardım Stansiyasına Nəsimi rayonunda yerləşən kafelərdən birindən müştərilərdən birinin boğaz nahiyəsindən xəsarət alması ilə bağlı məlumat daxil olub. Həkimlər dərhal çağırış ünvanına gəliblər.

Zərərçəkən, 20 yaşlı qız huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi müdaxilə olunaraq həyatı xilas edilib. 

İTV-nin əməkdaşları məsələ ilə bağlı kafeyə yollanıblar. 

Sözügedən kafenin inzibatçısı Ceyhun Səmədov bildirib ki, həmin qız evində özü-özünə xəsarət yetirib: “Boğazını kəsdikdən sonra yaylıq bağlayaraq kafeyə gəlib. Daha sonra ürəyi gedib. Əməkdaşlarımız da kömək məqsədi ilə yardım göstəriblər. Yanlış anlaşılma olub. Elə biliblər ki, xanım boğazını bizim məkanda kəsib”.

İnzibatçı qeyd edib ki, həmin şəxs onların daimi müştəriləri olub.

Məlumata görə, 20 yaşlı qızın atası yaxın günlərdə həbsxanadan çıxıb və son günlər onun geyim üslubu ilə bağlı ata-övlad arasında münaqişələr yaranıb. O, atasına geyimin şəxsi məsələ olduğunu bildirərək, müdaxilə etməməsini tələb edib, buna etiraz olaraq özünə xəsarət yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7434
avatar

Oxşar yazılar