Bakıda ana həbsdəki oğluna görün nə gətirdi? - FOTO
14 mart 2023 11:47 (UTC +04:00)

Bakıda ana həbsdəki oğluna görün nə gətirdi? - FOTO

0

Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilmiş şəxsin anası tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman, orada olan gödəkçənin cibində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,323 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2009

Oxşar yazılar