Bakıda 9 gün əvvəl vurulan piyada ölüb.
Lent.az xəbər verir ki, hadisə iyulun 2-də saat 22 radələrində Binəqədi rayonu, Binəqədi şosesində BDYPİ-nin yaxınlığında baş verib. Sürücü 37 yaşlı Abbasov Rəşad Sahib oğlu idarə etdiyi “Mersedes Benz 180” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan piyada 76 yaşlı Məmmədov Ağahüseyn Əzizəli oğlunu vurub. Piyada Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, iyulun 11-də saat 03:10 dəqiqədə orada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.