
Bakıda 60 evdən oğurluq edən dəstə tutuldu - FOTOLENT -VİDEO
Bakının Suraxanı rayonunda ayrı-ayrı vaxtlarda evlərdən oğurluq edənlər saxlanılıblar.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar. Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.
Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Suraxanıda 60 evdən oğurluq
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib-FOTO
8 mart 2021 , 09:50
Laçının müdafiəsində ağır yaralanan əsgərimiz ŞƏHİD OLDU
8 mart 2021 , 00:07
Piyada hadisə yerində keçindi
7 mart 2021 , 20:52
RAYONDA FACİƏ: daha bir gənc həyatını itirdi
7 mart 2021 , 20:46
Güclü küləyin fəsadları belə aradan qaldırılır - VİDEO
7 mart 2021 , 19:36
Külək ağacı avtomobilin üzərinə aşırdı -FOTO
7 mart 2021 , 15:12
Külək "Kamaz"ı aşırdı-FOTO
7 mart 2021 , 14:44
Daha bir məktəbin damı uçdu-FOTO
7 mart 2021 , 14:00