Bakıda 6 evdən oğurluq edən tutuldu -  FOTOLENT
22 yanvar 2021 15:11 (UTC +04:00)

Bakıda 6 evdən oğurluq edən tutuldu - FOTOLENT

Bakının Binə qəsəbəsində 6 evdən oğurluq edən şəxs saxlanılıb.
 
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumatagörə, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini Hikmət Kərimov tutulub. Araşdırma zamanı onun Xəzər rayonu Binə qəsəbəsində 6 evdən pul və məişət əşyaları oğurladığı məlum olub.

Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hikmət Kərimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hikmət Kərimovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

# 1107
avatar

Mehman Nəbiyev

Oxşar yazılar