Bakıda 54 yaşlı kişi evində DİRİ-DİRİ YANDI
24 yanvar 2022 18:08 (UTC +04:00)

Bakıda 54 yaşlı kişi evində DİRİ-DİRİ YANDI

Bakıda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1968-ci il təvəllüdlü Cəfərov İlham Bayram oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

# 1440
avatar

Oxşar yazılar