Bakıda 52 yaşlı kişini maşın vuraraq öldürdü
12 fevral 2023 23:12 (UTC +04:00)

Bakıda 52 yaşlı kişini maşın vuraraq öldürdü

0

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Lent.az xəbər verir ki, hadisə Xocəsən qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Ramazanov Maqsud Ziyyəddin oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı elə hadisə yerində can verib.

Ölən piyadanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi Rayon Şöbəsinə yerləşdirilib.

Faktı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırır.

Sürücü saxlanılıb.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2882

Oxşar yazılar