Bakıda 4 maşının iştirakı ilə  qəza   -FOTO
02 iyun 2023 00:45 (UTC +04:00)

Bakıda 4 maşının iştirakı ilə qəza  -FOTO

Bakının Binəqədi rayonunda 4 nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Ziya Bünyadov prospektində qeydə alınıb.

Metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan “Howo” markalı yük maşının sürücüsü sükana nəzarəti itirərək eyni istiqamətdə hərəkətdə olan Məzahir Babaşova məxsus “Mercedes” markalı avtomobilə çırpılıb. Ardıcılıqla “Mercedes” də qarşısında olan “Opel” və “Hyundai” markalı maşınlara çırpılıb. 

Qəza zamanı daha çox zərərə uğrayan “Mercedes”in sürücüsü bildirib ki, yük maşının yüksək sürətlə hərəkət edib. Qəza nəticəsində  prospektin “Koroğlu" istiqamətinə olan hissəsində bir neçə saat sıxlıq yaranıb.


 

# 2859
avatar

Oxşar yazılar