Bakıda 4 avtomobil toqquşdu, taksi sürücüsü xəsarət aldı
29 sentyabr 2024 05:29 (UTC +04:00)

Bakıda 4 avtomobil toqquşdu, taksi sürücüsü xəsarət aldı

Bakının Nəsimi rayonunda yolların kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Ağadadaş Qurbanov və Nəcəf bəy Vəzirov küçələrinin kəsişməsində baş verib.

Belə ki, xanım sürücü idarə etdiyi “Nissan” markalı avtomobillə yol kəsişməsindən keçərkən “Toyota” , “BYD” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində “Toyota” markalı avtomobillə taksi fəaliyyəti göstərən Tofiq Mürsəlov müxtəlif bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın günahkarı ekspertlər tərəfindən müşahidə kameralarının lentə aldığı görüntülərə baxıldıqdan sonra bilinəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417
avatar

Oxşar yazılar