Bakıda 3 nəfər dəm qazından zəhərlənib.
Lent.az-ınməlumatına görə, hadisə Yasamal rayonu, K.Kazımzadə küçəsi 35 ünvanında qeydə alınıb. Burada kirayədə yaşayan 40 yaşlı Qənbərov Məmməd Əli oğlu hamamda yuyunarkən dəm qazından zəhərlənərək ölüb
Eyni zamanda, onunla eyni ünvanda kirayə yaşayan 14 yaşlı Qarayev Vəli Rövşən oğlu və 35 yaşlı Qarayeva Gülnarə Hüseynalı qızı dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.