Bakıda gənc oğlan intihar edib.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 20 yaşlı Ülvi Heydərzadə özünü binanın 15-ci mərtəbəsindən ataraq, həyatına son qoyub.
Onun hansı səbəbdən özünü öldürməsi isə bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu barədə ilk xəbəri "baku.ws" saytı yayıb.