Bakıda 2 milyonluq MƏNİMSƏMƏ:  vəzifəli şəxsin CİNAYƏTİ
03 noyabr 2023 14:57 (UTC +04:00)

Bakıda 2 milyonluq MƏNİMSƏMƏ: vəzifəli şəxsin CİNAYƏTİ

0

Bakıda külli miqdarda mənimsəmədə ittiham olunan bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsinə hökm oxunub.

Lent.az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən proses zamanı təqsirləndirilən şəxs K.Ə. barəsində 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məhkəmənin qərarı hələlik qüvvəyə minməyib.

İttihama görə, K.Ə. BOKT-lardan birində audit vəzifəsində çalışıb. O, saxta sənəd hazırlamaqda, müqavilələrin sayını saxta yollarla artırmaqda təqsirli bilinir. Bu yollarla o, ümumilikdə 2 milyon manata yaxın məbləği mənimsəyib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, K.Ə.-nin əldə etdiyi pulları öz ehtiyacları üçün xərclədiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5119

Oxşar yazılar