Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 6-da paytaxtın Sabunçu rayonu ərazisində baş verib. 14 yaşlı Məmmədov Fərhad Faiq oğlunu avtomobil vurub. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.