Bakıda 13 və 16 yaşlı bacılar zorla ərə verildi - RƏZALƏT
24 sentyabr 2022 18:45 (UTC +04:00)

Bakıda 13 və 16 yaşlı bacılar zorla ərə verildi - RƏZALƏT

Bakıda yeniyetmə bacılar cinsi təcavüzə məruz qalıb.

Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, hadisələrdən biri ötən il qeydə alınıb:

“Ötən il iyunun 27-də Xəzər rayonu Binə qəsəbəsində 16 yaşı tamam olmayan qıza şadlıq saraylarının birində toy edilib. Qız deyib ki, o, ailəsinin təkidinə görə oğlan dostu ilə evlənib. Həmin oğlan da ona spirtli içki verib. Sonradan qız dəfələrlə oğlanın yanından qaçsa da, ailəsi tərəfindən geri qaytarılıb. Həmin qız dünən sığınacağımıza yerləşib. Digəri isə onun 13 yaşlı bacısıdır. Uşağın nənəsi iddia edir ki, qız qoşulub qaçıb. Ancaq qız bunu inkar edir. Deyir ki, məni buna məcbur ediblər. 13 yaşlı qız isə 2 həftə əvvəl sığınacağımıza gətirilib.”.

Kəmalə Ağazadənin sözlərinə görə, hər iki faktla bağlı cinayət işi başlanıb. Sədr bildirib ki, 13 yaşlı qızla bağlı Abşeron, bacısı ilə bağlı isə Xətai rayon Polis Şöbəsində araşdırma gedir.

# 6375
avatar

Oxşar yazılar

Bu yollarda  sürət həddi aşağı salındı

Bu yollarda sürət həddi aşağı salındı

9 dekabr 2022 , 22:46
Masallı sakini Lerikdə  güllələndi

Masallı sakini Lerikdə güllələndi

9 dekabr 2022 , 21:12
Naxçıvanda kişinin  asılmış meyiti   tapıldı

Naxçıvanda kişinin asılmış meyiti tapıldı

9 dekabr 2022 , 19:38
Polisdən  AXŞAM ƏMƏLİYYATI:   Dəmir yolu relslərini aparanlar tutuldu

Polisdən AXŞAM ƏMƏLİYYATI: Dəmir yolu relslərini aparanlar tutuldu

9 dekabr 2022 , 19:16
Bakıda "yağlı müştəri" qızıl satan qadını belə aldatdı

Bakıda "yağlı müştəri" qızıl satan qadını belə aldatdı

9 dekabr 2022 , 18:16
Məktəbdə  şagirdi döyənlər   polisə çağırıldı

Məktəbdə şagirdi döyənlər polisə çağırıldı

9 dekabr 2022 , 17:53
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyevə bu qədər həbs cəzası verildi - YENİLƏNİB

9 dekabr 2022 , 17:10
Zaqatala sərhədçiləri hindistanlını saxladı - FOTO

Zaqatala sərhədçiləri hindistanlını saxladı - FOTO

9 dekabr 2022 , 15:25