Bakıda "07"ni oğurlayıb maqnitofonunu sökdülər
09 avqust 2024 13:42 (UTC +04:00)

Bakıda "07"ni oğurlayıb maqnitofonunu sökdülər

Avqustun 5-də paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri ilə avtomobil həmin gün 450 manat dəyərində maqnitofonu oğurlanmış və arxa hissəsi əzilmiş vəziyyətdə tapılıb.

Nəqliyyat vasitəsini qaçıran şəxsin saxlanılması istiqamətində davam etdirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən24 yaşlı Cavidan Mahmudlu müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar