Bakı və Sumqayıtda velosiped oğruları tutuldu
01 mart 2023 13:44 (UTC +04:00)

Bakı və Sumqayıtda velosiped oğruları tutuldu

Bakıda evin girişindən velosiped oğurlayan saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 28-də Yeni Günəşli qəsəbəsindəki evlərin birinin girişindən velosiped oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakini S.Məhərrəmov saxlanılıb.

Həmçinin fevralın 28-də Sumqayıt şəhəri 6-cı mikrorayondakı evlərin birinin zirzəmisindən velosiped oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məhərrəmov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1456

Oxşar yazılar