Bakı və Abşeronda narkotik ƏMƏLİYYATLARI:  iranlılardan bu tapşırıqları  alıblar
25 noyabr 2025 11:56 (UTC +04:00)

Bakı və Abşeronda narkotik ƏMƏLİYYATLARI: iranlılardan bu tapşırıqları alıblar

0

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Qaradağ və Abşeron rayonlarında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, nəticədə 23 yaşlı Əkbər Alızadə və 36 yaşlı Rahib Məmmədov saxlanılıblar. 

Onlardan 10 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2600 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. 

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
 
Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar