Bakı-Sumqayıt şosesində avtomobil dəmir arakəsməyə çırpılaraq aşdı -FOTO
08 fevral 2022 02:12 (UTC +04:00)

Bakı-Sumqayıt şosesində avtomobil dəmir arakəsməyə çırpılaraq aşdı -FOTO

0

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə şosenin Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.

“Ford” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini dəmir arakəsməyə çırpıb. Zərbə zamanı avtomobil aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb. Sürücü izahatında bildirib ki, onun avtomobili “Chevrolet” markalı avtomobil toxunub məhz ona görə də minik vasitəsi aşıb. “Chevrolet”in sürücü isə hadisə yerindən uzaqlaşıb. Faktı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1570

Oxşar yazılar