Quba rayon Polis Şöbəsinə müraciət edən bir nəfər Bakı şəhər sakini, ona məxsus Quba rayonu, Digah kəndindəki yaşayış olmayan evdən qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a bildirilib ki, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Ravin Eldarov və Vilayət Ziyadxanov saxlanılıblar.
Onların rayonun Digah kəndindəki yaşayış olmayan evdən 1 ədəd televizor, 1 ədəd noutbuk, 1 ədəd DVD pleyer, 1 ədəd rəqəmsal peyk antena nizamlayıcısı və digər elektrik məişət avadanlıqları oğurladıqları müəyyən edilib.