Bakı sakini Ramal Rəsul yanvarın 11-də saat 17:20-də Nəsirəddin Tusi küçəsində içərisində şəxsiyyət vəsiqəsi, bank kartları, 100-150 manat civarında pul və digər mənəvi dəyərli əşyaları olan pulqabını cibindən yerə salıb.
Lent.az xəbər verir ki, zərərçəkən yaxınlıqdakı mağazanın təhlükəsizlik kamerasından baxanda pulqabının necə düşdüyü və naməlum şəxsin necə götürdüyünü izləyib.
R.Rəsul pulqabını götürənə müraciət edərək, vəsiqə, kartlar və digər əşyaları qaytaracağı təqdirdə içərisindəki pulları ona bağışlayacağını bildirib.
Həmin görüntüləri təqdim edirik: