Bakı sakinini avtomobil vurdu
08 fevral 2023 07:15 (UTC +04:00)

Bakı sakinini avtomobil vurdu

0

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sədərək ticarət mərkəzinin qarşısında qeydə alınıb.
1988-ci il təvəllüdlü Tağıyev Elçin Sərraf oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1739

Oxşar yazılar