Bakı sakini silah-sursatı polisə təhvil verdi
31 oktyabr 2023 17:29 (UTC +04:00)

Bakı sakini silah-sursatı polisə təhvil verdi

Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib.

Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edib.

Məlumat verən vətəndaşa qarşı heç bir cəza təhdidi görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4608
avatar

Oxşar yazılar