Bakı sakini rayonda narkotiklə tutuldu
13 yanvar 2021 13:02 (UTC +04:00)

Bakı sakini rayonda narkotiklə tutuldu

Bakı sakini Lənkəranda külli miqdarda narkotiklə tutulub.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Manafov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın heroin, idarə etdiyi “Lexus” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan artıq heroin, 1 kiloqram 305 qram metamfetamin tapılıb.

Yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evə baxış zamanı isə 3 kiloqrama yaxın heroin və 768 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

# 1257
avatar

Mehman Nəbiyev

Oxşar yazılar