Bakı-Qazax yolunda avtomobil piyadaları vurub.
Lent.az-ın məlumatına görə, hadisə yolun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Zabit Rəsulov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyadalar - 49 yaşlı Sədaqət Ramazanova və 47 yaşlı Elnarə Sultanovanı vurub.
Hər iki piyada hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi açılıb.
***
19:50
Yevlaxda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı minik maşını iki nəfəri vurub. Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.