Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Ələt qəsəbəsində baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Bakı-Qazax magistralının 57-ci kilometrliyində yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər yaralanıb.