Bakı-Qazax magistralında qəza: PİYADA ÖLDÜ
16 oktyabr 2021 07:25 (UTC +04:00)

Bakı-Qazax magistralında qəza: PİYADA ÖLDÜ

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb. 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, "VAZ 2106" markalı avtomobil yolu keçən 40-50 yaşlarında olan piyadanı vurub. 

Piyada xəstəxanaya çatdırılarkən yolda keçinib. Hələlik piyadanın şəxsiyyəti müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.
 

# 1251
avatar

Oxşar yazılar