Bakı metrosunda qadınlar qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, metropolitendə 2 nəfər qadının 440 və 800 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinənlər, əvvəllər də məhkum olunmuşlar N.Vəliyev və İ.Babayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.