"Qara Qarayev" stansiyasından "Neftçilər" stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.
Bu barədə Lent.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, "Neftçilər" stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalanına verilib:
"Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma müşahidə olunub. Xəttə ehtiyat qatar verilib".