Səbail rayonu, Badamdar qəsəbəsində “Opel” markalı bir avtomobildən 8900 manat pul, sənəd, bankomat kartı, gödəkcə və ərzaq məhsulları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri, əvvəllər də analoji əmələ görə məhkum olunmuş H.Rzayev və E.Səfərov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.