Bacısının  toyuna gedən  kişi velosipedçini vurdu
21 oktyabr 2025 17:40 (UTC +04:00)

Bacısının toyuna gedən kişi velosipedçini vurdu

0

Lənkəranda avtomobil 61 yaşlı velosipedçini vurub.

Lent.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Vel kəndi ərazisində baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsi velosipedçi, Lənkəran rayonunun Xolmili kənd sakini, 1964-cü il təvəllüdlü Rəfail İlyas oğlu İmanovu vurub.

Velosipedçi ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər ona dəqiqləşdirilməmiş kəllə-beyin travması, dəqiqləşdirilməmiş koma və bədənin bir neçə nahiyyəsini əhatə edən açıq  yaraları diaqnozu qoyublar.

R.İmanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, qəzanı törədən avtomobilin sürücüsü toya gedirmiş. Bu gün onun bacısının toyu imiş. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 442

Oxşar yazılar