"AZZA" məhkəməyə verildi - SƏBƏB
23 fevral 2023 17:22 (UTC +04:00)

"AZZA" məhkəməyə verildi - SƏBƏB

Məşhur şirniyyat mağazaları şəbəkəsi “AZZA” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

Lent.az xəbər verir ki, QSC-nin gömrük ödənişlərindən yayındığı deyilir. Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci (Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, həmin maddə ilə ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3648
avatar

Oxşar yazılar