Krasnoyarskda 4-cü sinif şagirdi həmyaşıdının göz bəbəyini deşib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, şagird naməlum əşyanı sinif yoldaşının gözünə soxub. Bundan sonra uşaq əməliyyat olunub.
Zərərçəkənin anası hadisədən sonra oğlanın katarakta (göz bülluru rənginin itməsi) olduğunu deyib.
Uşağı yaralayan məktəblinin atası hadisədən sonra zərərçəkənin anasını təhdid etməyə başlayıb. Xəsarət alan uşağın anası iddia edir ki, kiçik təcavüzkar bir müddətdir ki, bütün məktəbi qorxudur.