Hövsanda qəsəbə sakini azyaşlı qızın qızıl sırğası oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı sakinləri Orxan Qasımzadə və Gülüm Kamranlı saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.