Bakıda işə düzəltmək adı ilə dələduzluq edilib.
Lent.az-ın məlumatına görə, Əliyev Zamik Mövsüm oğlu dələduzluq etməkdə təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Belə ki, Z. Əliyev zərərçəkmiş F. Abbasovu işə düzəldəcəyi adı ilə atasından 20 min manat pul alıb. Ancaq vədini yerinə yetirməyib. Aldadıldığını görən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Hazırda iş Yasamal rayon Məhkəməsində araşdırılır.
Qeyd edək ki, Z. Əliyev “Azneft” İstehsalat Birliyinin əməkdaşıdır.