"Azəriqaz" əməkdaşı xəstəxanada müəmmalı şəkildə  öldü - FOTO
25 oktyabr 2023 10:27 (UTC +04:00)

"Azəriqaz" əməkdaşı xəstəxanada müəmmalı şəkildə öldü - FOTO

Ağdaş xəstəxanasında ölüm hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayon Mərkəzi Xəstəxanasında baş verib. Müalicə üçün gələn şəhər sakini 48 yaşlı Əfqan Şirinov qəfil dünyasını dəyişib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, "Azəriqaz" əməkdaşı olan Əfqana xəstəxanada antibiotik iynəsi vurulub. İddiaya görə, o, məhz həmin iynəni təsirindən ölüb. Lakin onun hansı səbəbdən öldüyü hələlik dəqiq bilinmir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186
avatar

Mehman Nəbiyev

Oxşar yazılar