Azərbaycanlılar 17 nəfəri öldürdü, 4 nəfəri kor etdilər - SİBİRDƏ HƏBSLƏR
18 yanvar 2022 13:47 (UTC +04:00)

Azərbaycanlılar 17 nəfəri öldürdü, 4 nəfəri kor etdilər - SİBİRDƏ HƏBSLƏR

Rusiyanın Tümen vilayətinin Lenin rayon məhkəməsi bir qrup azərbaycanlı barəsində həbs-qət imkan tədbiri çıxarıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, onlar saxta spirti içkilər istehsal etməkdə və nəticədə 17 nəfərin həyatını itirməsində günahkar bilinirlər.

Məlumata görə, adı gedən cinayətdə Azərbaycan vətəndaşları Əbdürrəhman Əbdürrəhmanov, Məhyəddin Hüseynov, Vüqar Vəliyev, Seymur Mehdiyev, Ədilxan Kərimov, Rövşən Daşdəmirov, Oruc Məmmədov və daha 7 nəfər ittiham olunur. “Rodniki Sibiri” etiketi adı altında istehsal olunan saxta araqlar nəticəsində ölənlərdən başqa onlarla adam da zəhərlənmə diaqnozuyla xəstəxanaya yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağırdır. Hətta sağalsalar belə ömürlük kor qalacaqlar.

# 3018
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar