Moskva vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynadakı müharibə iştirakçısını çəkiclə döyən azərbaycanlını saxlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə evlərdən birinin həyətində baş verib. Hərbçinin arvadı parkinq yerini tərk etməyə çalışsa da, onun yolunu Şamil adlı başqa bir sürücü kəsib.
Məlumata görə, sürücülər arasında mübahisə yaranıb, bu zaman azərbaycanlı qadının avtomobil idarə edə bilməyəcəyini və ümumiyyətlə "yerini bilməlidir" deyib.
Azərbaycanlı hərbçinin həyat yoldaşına bir irad tutub, bundan sonra sözlü münaqişə yaranıb. Veteran zabit həyat yoldaşının müdafiəsinə qalxaraq onun iştirakı olmadan dialoqu davam etdirməyi xahiş edib. Bundan sonra azərbaycanlı zərərçəkmişi çəkiclə yaralayaraq hadisə yerindən qaçıb.
Şahid hadisəni lentə alıb. Görüntülərdən məlum olub ki, təhqirə məruz qalan qadının əri bundan da qorxmayıb, təcavüzkarın əllərini bağlayıb və onu maşına sıxıb. Həmin şəxs Rusiya Daxili İşlər Nazirliyinin təqaüdçüsü, Çeçenistan və Əfqanıstanda döyüş əməliyyatları veteranı, əmək veteranı, həmçinin Rusiyanın Ukraynada apardığı müharibənin ştirakçısı olub. Mayor yaralandıqdan sonra “Şücaət” medalı və digər mükafatları qazanaraq Rusiyaya qayıdıb.
Hadisəni törədən azərbaycanlının stomatoloq olduğu bildirilir.