Azərbaycanlı  polisi   döydü
20 iyul 2023 12:17 (UTC +04:00)

Azərbaycanlı polisi döydü

Novqorod vilayətində polisə hücum edən Azərbaycan vətəndaşı həbs edilib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (TFR) regional idarəsindən məlumat verilib.

Məlumatına görə, iyulun 17-də günorta saatlarında cavabdeh Çudovski rayonu ərazisində M-10 avtomobil yolunda saxlanılıb. Onun hərəkətlərində 12.21-ci maddənin 11-ci hissəsi ilə inzibati xəta əlamətləri olub. 
Həmin şəxs beynəlxalq avtomobil nəqliyyatına nəzarət şöbəsinin çəki və ölçülərə nəzarət şöbəsinin müfəttişi ilə razılaşmayıb. Əlləri ilə başına və bədəninə on dəfə zərbə endirib.

Baş verənlərlə bağlı Rusiya  Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (“Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmə”) ilə iş başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2211
avatar

Oxşar yazılar