Hazırda əsirlikdə olan Bayram Kərimov
06 dekabr 2020 11:55 (UTC +04:00)

Hazırda əsirlikdə olan Bayram Kərimov

Azərbaycanlı əsir ailəsinə xəbər göndərdi

Ermənistanda əsirlikdə olan Gəncə sakini Bayram Kərimov ailəsinə xəbər göndərib.

Bunu APA-ya açıqlamasında B. Kərimovun atası Yaşar Kərimov  bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova bildirilib ki, B. Kərimova baş çəkiblər, səhhətində heç bir problem yoxdur. B. Kərimova atasının və həyat yoldaşının göndərdiyi məktub da çatdırılıb və o, məktubları oxuyub. Bununla belə, B. Kərimov ailə üzvlərinə məktub yazmayıb, deyib ki, həyəcanlıdır, valideynlərinə və həyat yoldaşına sağ-salamat olduğunu çatdırsınlar.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova artıq B. Kərimovun oturmaqda çətinlik çəkmədiyi də bildirilib.

Yaşar Kərimov Beynəlxalq Qırmızı Xaç Komitəsinə oğlunun tezliklə əsirlikdən qaytarılmasını istədiyini bildirib.

Qeyd edək ki, B. Kərimov Şuşa uğrunda döyüşlərdə yaralandıqdan sonra əsir düşüb. B. Kərimov ailəlidir, bir azyaşlı oğlu var.

Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.  Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən azərbaycanlılardan Amin Musayev ailəsinə məktub göndərib.

# 3498
avatar

Oxşar yazılar

Bakıda 68 yaşlı kişi itkin düşüb

Bakıda 68 yaşlı kişi itkin düşüb

4 mart 2024 , 21:50
"Neftçi"nin bazasına  hücum edənlər   saxlanıldı

"Neftçi"nin bazasına hücum edənlər saxlanıldı

4 mart 2024 , 19:25
15 yaşlı azərbaycanlı bıçağı 36 yaşlı kişinin  ürəyinə sancdı

15 yaşlı azərbaycanlı bıçağı 36 yaşlı kişinin ürəyinə sancdı

4 mart 2024 , 19:09
Bakıda  FACİƏ:   BDU-nun tələbəsi öldü

Bakıda FACİƏ: BDU-nun tələbəsi öldü

4 mart 2024 , 17:22
Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

4 mart 2024 , 17:07
İki ayda Bakı yollarında  25 nəfər   ölüb

İki ayda Bakı yollarında 25 nəfər ölüb

4 mart 2024 , 16:49
Azərbaycanda daha bir İran aşiqi  tutuldu

Azərbaycanda daha bir İran aşiqi tutuldu

4 mart 2024 , 16:34
Bakıda daha bir  məktəbli   vəfat etdi

Bakıda daha bir məktəbli vəfat etdi

4 mart 2024 , 16:12