Meyiti tapılan diplomatın intihar etdiyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, İlqar İbrahimov iyunun 9-da yaşadığı evdə özünü asıb.
Faktla bağlı araşdırma aparılır.
***
saat 11:34
Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində ölü tapılıb.
Lent.az bakupost.az-a istinadən xəbər verir ki, o, qış aylarında Bakıya qayıdıbmış.
İlqar İbrahimovun ölümünün səbəbi bəlli deyil.
Qeyd edək ki, o, uzun müddət diplomatik xidmət sahəsində çalışıb, Azərbaycanın Özbəkistandakı səfirliyində birinci katib və konsul vəzifələrini tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İlqar İbrahimovla bağlı sorğunu cavablandırmaqdan imtina edib:
"Səfirliklərin və XİN-in heyəti barədə mətbuata məlumat vermirik".