
Azərbaycanlı dənizçinin öldürülməsi ilə bağlı cinayət işi açıldı
Kütləvi informasiya vasitələrində yayılan məlumata əsasən, 2021-ci il yanvarın 23-də Nigeriya sahillərində üzən Türkiyənin “Boden denizcilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları hücum edib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma nəticəsində müəyyən edilib ki, 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxsin Azərbaycan vətəndaşı, gəmidə 2-ci mühəndis vəzifəsində çalışan 45 yaşlı Fərman Əli oğlu İsmayılovun olduğu müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq zəruri istintaq əməliyyat tədbirləri həyata keçirilir. Hazırda Azərbaycanın Xarici İşlər Nazirliyi, habelə xarici ölkələrin aidiyyəti qurumları ilə intensiv danışıqlar aparılmaqla, qeyd olunan cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır.
Baş Prokurorluq təxirəsalınmadan Liberiyanın Baş Prokurorluğu ilə əlaqə yaradıb və qarşı tərəf bu məsələnin araşdırılmasında Azərbaycanın Baş Prokurorluğu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib-FOTO
8 mart 2021 , 09:50
Laçının müdafiəsində ağır yaralanan əsgərimiz ŞƏHİD OLDU
8 mart 2021 , 00:07
Piyada hadisə yerində keçindi
7 mart 2021 , 20:52
RAYONDA FACİƏ: daha bir gənc həyatını itirdi
7 mart 2021 , 20:46
Güclü küləyin fəsadları belə aradan qaldırılır - VİDEO
7 mart 2021 , 19:36
Külək ağacı avtomobilin üzərinə aşırdı -FOTO
7 mart 2021 , 15:12
Külək "Kamaz"ı aşırdı-FOTO
7 mart 2021 , 14:44
Daha bir məktəbin damı uçdu-FOTO
7 mart 2021 , 14:00