Azərbaycanlı Avropada 2 nəfəri  BALTALADI
10 yanvar 2023 15:32 (UTC +04:00)

Azərbaycanlı Avropada 2 nəfəri BALTALADI

Almaniyanın Deltmol şəhərində 36 yaşlı Azərbaycan vətəndaşının məhkəməsi başlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qətldə və zorlamada ittiham olunur. 

Məhkəmənin gedişində o, qətl törətdiyini etiraf etsə də, zorlama ilə əlaqəsi olmadığını bildirib. Məhkəmə sübut edib ki, qatil hadisəni qısqanclıq zəminində törədib. 

Məlum olub ki, sevgilisi onunla ayrıldıqdan sonra başqası ilə münasibət qurub. Bu isə qatilin xoşuna gəlməyib. Məhkəmə Azərbaycan vətəndaşının Ukraynada da qətl törətdiyini sübut edib. O, hər iki halda qurbanlarını balta ilə öldürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237
avatar

Fidan İlqar

Oxşar yazılar