Azərbaycandan Türkiyəyə növbəti qardaş YARDIMI
15 fevral 2023 11:45 (UTC +04:00)

Azərbaycandan Türkiyəyə növbəti qardaş YARDIMI

Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində yaradılmış toplama məntəqələrinə yardım gətirməyə davam edirlər.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, könüllü şəkildə gətirilən növbəti geyim, ərzaq məhsulları və digər zəruri əşyalar  təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773
avatar

Oxşar yazılar